Azərbaycan prezidenti Dövlət Neft Fondunun 2007-ci il üçün büdcəsini təsdiq edib

- az.apa.az ~ 10 год назад. Просмотрено 2434 раз.
Azərbaycan prezidenti Dövlət Neft Fondunun 2007-ci il üçün büdcəsini təsdiq edib
Bu gün Azərbaycan prezidenti İlham
01.0.2007. BAKI. Dövlət Neft Fondunun 2007-ci il büdcəsinin gəlirləri Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla), karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər, neft və qazın Azərbaycan ərazisindən ötürülməsindən əldə edilən gəlirlər, neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar) əsasında formalaşır. Həmçinin Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, ölkədə istehsal edilən və ixrac olunan xam neftin kontrakt qiyməti ilə ölkədaxili topdan satış qiyməti arasındakı fərqdən ödənişlər və digər daxilolmalar da Fondun büdcəsini formalaşdırır. Dövlət Neft Fondunun 2007-ci il büdcəsinin qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi, 2007-ci il dövlət büdcəsinə transfert, Oğuz-Qəbələ zonasından Bakıya su kəmərinin çəkilməsi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi, Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri üçün xərclənməsinə qərar verilib. /APA/


Постоянная ссылка:
http://arxiv.az/az/az.apa.az/7/Azerbaycan+prezidenti+Dovlet+Neft+Fondunun+2007-ci+il+ucun+budcesini+tesdiq+edib

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.087 san. generasiya edilib.