Gürcüstan və "Qazprom" Ermənistana qaz tranziti şərtlərinə dair razılığa gəliblər

- az.apa.az ~ 7 дней назад. Просмотрено 15 раз.
Gürcüstan və 'Qazprom' Ermənistana qaz tranziti şərtlərinə dair razılığa gəliblər

Gürcüstan hökuməti “Qazprom” şirkəti ilə Rusiyanın Ermənistana qaz tranzitinə dair  yeni şərtlər əsasında müqavilə imzalamaq qərara alıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın Energetika naziri Kaxa Kaladze bəyan edib.

Danışıqlar maliyyə ödənişinə keçidlə bağlı aparılıb. K.Kaladzenin sözlərinə görə, keçirilən bir neçə raund danışıqlar nəticəsində Gürcüstan optimal təklif ala bilib. Qaz tranzitinin qiyməti məsələsini açıqlamayan K.Kaladze bildirib ki, yeni şərtlər bundan əvvəlkindən, demək olar ki, fərqlənmir.

Xatırladaq ki, "Qazprom-Eksport" şirkətinin Gürcüstan hökuməti tərəfi ilə bağladığı müqavilənin müddəti cari ilin yanvarın 1-də başa çatıb. Gürcüstan Ermənistana nəql olunan Rusiya qazının ümumi həcminin 10%-ni tranzit haqqı kimi alır. Danışıqların uzanmasına səbəb isə "Qazprom"un tranzit haqqını qazla deyil, pulla ödənilməsində israr etməsi olub.

Gürcüstanın qaza olan illik tələbatı 2,5 mlrd. kubmetrdir. Bu həcmin əsas hissəsi Azərbaycandan nəql olunur. Qonşu ölkənin enerji balansında təbii qazın payı 40%-dir.



Постоянная ссылка:
http://arxiv.az/az/az.apa.az/77941631/Gurcustan+ve+Qazprom+Ermenistana+qaz+tranziti+shertlerine+dair+raziliga+gelibler

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 19 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.509 san. generasiya edilib.