Avropa Parlamentinin komitəsi Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair sazişi təsdiqləyib

- az.apa.az ~ 5 дней назад. Просмотрено 11 раз.
Avropa Parlamentinin komitəsi Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair sazişi təsdiqləyib

Avropa Parlamentinin Vətəndaş azadlıqları, ədliyyə və daxili məsələlər üzrə komitəsi Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair sazişi təsdiq  edib.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi  məlumata görə, viza rejiminin ləğvinə dair Avropa İttifaqı (Aİ) Şurası və Assambleya arasında əldə olunan sazişinin lehinə 42, əleyhinə 2 deputat səs verib.

Qeyd edək ki, ötən ayın əvvəli Avropa Parlamenti və Aİ Şurasının nümayəndələri Gürcüstan vətəndaşlarının Avropaya qısamüddətli səyahətlər etmək üçün viza rejimin ləğvinə  dair ilkin razılığa gəliblər. Ona əsasan, saziş  pozuntular ortaya çıxdığı halda, onu ləğv edən mexanizmin tətbiqi ilə birgə qüvvəyə minəcək.

Sazişin qüvvəyə minməsi üçün Avropa Parlamenti onu institut olaraq təsdiq etməlidir.

Bununla bağlı iclasın yanvar ayında keçiriləcəyi gözlənilir.



Постоянная ссылка:
http://arxiv.az/az/az.apa.az/77956906/Avropa+Parlamentinin+komitesi+Gurcustan+vetendashlari+ucun+viza+rejiminin+legvine+dair+sazishi+tesdiqleyib

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 18 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.059 san. generasiya edilib.