Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyonu keçib

- az.apa.az ~ 5 дней назад. Просмотрено 10 раз.
Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyonu keçib

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini ötən ildə də davam etdirib.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, 2016-cı il ərzində İB-də əhali sektoru üzrə 171 707 yeni abonent qeydiyyata alınıb ki, bunun da  40 817-si Bakı, Abşeron və Sumqayıt, 130 890-ı isə regionlar üzrədir.

Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 004 857-yə çatıb.

Qeyd edək ki, 01 yanvar 2017-ci il tarixə olan məlumata görə, əhali sektoru üzrə 134 659 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub və qeyri-əhali sektoru üzrə 406 məscid və dini məbədə təbii qazdan  istifadəsi üçün limit ayrılıb. 



Постоянная ссылка:
http://arxiv.az/az/az.apa.az/77956909/Olke+uzre+tebii+qazla+temin+olunan+abonentlerin+sayi+2+milyonu+kecib

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 18 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.069 san. generasiya edilib.