Bakıda daha bir yol istifadəyə verilib

- az.apa.az ~ 7 дней назад. Просмотрено 16 раз.

Xətai rayonu Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında  vətəndaşların rahatlığı üçün salınan yeni yolun inşası ilə bağlı aparılan işlər başa çatdırılıb.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, uzunluğu 260 metr olan yeni yol 4 hərəkət zolağından ibarətdir. Layihəyə əsasən 1 metr enində ayrıcı zolaqla birlikdə yeni küçənin eni 16 metr təşkil edib. İnşa olunan yeni yolun hər iki tərəfində vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə eni 2-3 metr olan  piyada səkiləri də inşa olunub. Bununla yanaşı, sutkanın qaranlıq saatlarında yolun hərəkət hissəsini işıqlandırmaq məqsədi ilə yol ayrıcına 7 ədəd işıq dirəyi də quraşdırılıb.

Salınan yeni yolun ərazisində yararsız qrunt 1 metr dərinlikdə qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək yeni yol yatağı inşa edilib. Daha sonra, qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri aparılıb. Torpaq işləri bitdikdən sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü də döşənilib. Ümumilikdə yolun hərəkət hissəsinin 4 min kvadratmetr sahəsinin asfaltlanması işləri aparılıb. Yolayrıcına və səkilərin kənarlarına min paqon-metr səki daşı da düzülüb.

Tikinti işləri bitdikdən sonra küçədə hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilərək yeni yol vətəndaşların istifadəsinə verilib.



Постоянная ссылка:
http://arxiv.az/az/az.apa.az/77959189/Bakida+daha+bir+yol+istifadeye+verilib

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 20 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.129 san. generasiya edilib.