Ağsu sakini həyat yoldaşını bıçaqlayıb

- az.apa.az ~ 5 дней назад. Просмотрено 14 раз.
Ağsu sakini həyat yoldaşını bıçaqlayıb

Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ərəbuşağı kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Xəlilov Fariz Əmirxan oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Xəlilova Şəbnəm Təyyar qızına mətbəx bıçağı ilə bir neçə dəfə xəsarət yetirib. Bədənin müxtəlif nahiyələrindən ağır xəsarətlər alan Şəbnəm Xəlilova təcili olaraq Ağsu Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Cərrahiyyə əməliyyatı olunan 2 uşaq anası Şəbnəm Xəlilova hazırda koma vəziyyətindədir. Onun hansı səbəbdən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.  



Постоянная ссылка:
http://arxiv.az/az/az.apa.az/77959193/Agsu+sakini+heyat+yoldashini+bicaqlayib

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.134 san. generasiya edilib.