Bu il BƏƏ prezidentinin Türkmənistana səfəri gözlənilir

- business - az.trend.az ~ 8 год назад. Просмотрено 58 раз.

Türkmənistan, Aşqabad, 08 yanvar/ Trend , müxbir E.Həsənov/ Birləşmiş Ərəb Əmirlikləri prezidenti şeyx Xəlifə bin Zayed Əl-Naxayanın bu il Türkmənistna gözlənilən səfəri konstruktiv dövlətlərarası dialoqun möhkəmləndirilməsi istiqamətində yeni addım olacaq. Bu barədə "Turkmenistan-4" milli telekanalı dünən BƏƏ-nin iqtisadiyyat naziri Sultan Sayed Məhəmməd bin Nassir Əl-Mansurini qabul edən Türkmənistan prezidenti Qurbanqul Berdiməhəmmədovun sözlərinə istinadən xəbər verib.

Tərəflər energetika, tikinti, nəqliyyat, həmçinin "Türkmənistanın bu gün xüsusi olaraq sərmayə yatırdığı" istirahət və turizm sahəsində qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Berdiməhəmmədov yaradılması iki dövlət münasibətlərinin dinamikası ilə diktə olunan ikitərəfli hökumətlərarası komissiyanın rolu barədə qeyd edib.

BƏƏ-nin yüksək səviyyəli məmuri bildirib ki, ölkəsinin işgüzar elitası yeni birgə layihələrdə hər bir iştirak imkanlarını nəzərdən keçirəcək. Onun fikrincə, Xəzərin ekoloji cəhətdən təmiz sahilində gələcəyin beynəlxalq sinifli dəniz kurort zonası – "Avaz" milli turizm zonasının investisiya layihəsi daha çox maraq doğurur.

"BƏƏ şirkətləri turizm və xidmət sahələrində sanballı təcrübəyə malikdirlər və bu təcrübəni öz türkmən tərəfdaşlarına təqdim etməkdən məmnun olarlar", - deyə Xəzəryanı Türkmənbaşı şəhərinə baş çəkmək niyyətində olan nümayəndə heyətinə başçılıq edən Əl-Mansuri bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend@trend.az

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az



Постоянная ссылка:
http://arxiv.az/az/az.trend.az/1803850/Bu+il+BEE+prezidentinin+Turkmenistana+seferi+gozlenilir

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
1.143 san. generasiya edilib.