"Şərq-Qərb" qaz kəməri ölkənin enerji təhlükəsizliyini möhkəmləndirəcək – Prezident Qurbanqulu Berdiməhəmmədov

- energy - az.trend.az ~ 6 год назад. Просмотрено 85 раз.

Türkmənistan, Aşqabad, 5 iyun /Trend, müxbir H.Həsənov/

Tikintisinə başlanılan "Şərq-Qərb" qaz kəməri Türkmənistanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə, eləcə də enerjidaşıyıcılarının dünya bazarlarına çıxışı imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsinə imkan verəcək. Bu barədə Prezident Qurbanqulu Berdiməhəmmədov hökumət iclsında bildirib.

Bu gün "Altun Asır" milli telekanalının verdiyi xəbərə görə, Türkmənistan rəhbəri 1000 kilometrlik uzunluğu və ildə 30 milyard kubmetr qaz nəql etmək qabiliyyəti olan bu kommunikasiyanın "xüsusi əhəmiyyəti"ni qeyd edib.

Layihənin 2015-ci ilədək reallaşdırılması hökumətin öz vəsaitləri və "Türkmənqaz" dövlət konserninin ixtgisaslaşdırılmış bölməsi tərəfindən həyata keçiriləcək. Bu borunun potensialı iki layihə ilə birləşdirilə bilər: Rusiyaya gedən əlavə qaz kəmərinə (Qazaxıstandan keçməklə Xəzəryanı boru kəmərinə) və Avropaya ("Nabukko" - Xəzərlə Azərbaycandan keçməklə) gedən əlavə qaz kəmərinə.

"Bu qaz magistralının tikilməsi yaxın illərdə reallaşdırılması planlaşdırılan neft-qaz sahəsindəki digər investisiya layihələri ilə birgə uzunmüddətli perspektivdə dövlətin enerji strategiyasını uğurla həyata keçirməyə imkan verəcək", - Berdiməhəmmədov bildirib.

Türkmənistan qaz ehtiyatına görə, dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yeri tutur. BP-nin məlumatına görə, Türkmənistandakı təsdiqlənmiş qaz ehtiyatı 2009-cu ilin əvvəllərində 7,94 trilyon kubmetr təşkil edib ki, bu da ümumdünya qaz ehtiyatının 4,3 faizini təşkil edir. BP-nin məlumatına görə, 2008-ci ildə ölkədəki qaz hasilatı 66,1 milyard kubmetr təşkil edib ki, bu da 2007-ci illə müqayisədə 0,7 faiz çoxdur.

Hökumətin iclasında prezident ilin əvvəlindən neft və qaz sahələrində, eləcə də karbohidrogenlərin işlənməsi sahəsində istehsalın müsbət artım dinamikasını qeyd edib.

"Milli iqtisadiyyatın bu prioritet sahələrində gələcəkdə istehsal göstəricilərinin müasir yüksək səmərəli texnilogiyaların tətbiqi və ən yeni avadanlıqlardan istifadə etməklə artırılmasına dayanmadan nail olmaq lazımdır", - o deyib.

"Ölkənin yanacaq-energetika kompleksi qarşısında sənaye potensialının, nəqliyyat infrastrukturunun və enerjidaşıyıcılarının ixracı üzrə irimiqyaslı vəzifələr durur. Bu gün həmin məqsədlərə çatmaq üçün ölkədəki müəssislər çox vacib rol oynayır", - Berdiməhəmmədov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az



Постоянная ссылка:
http://arxiv.az/az/az.trend.az/1872719/Sherq-Qerb+qaz+kemeri+olkenin+enerji+tehlukesizliyini+mohkemlendirecek+Prezident+Qurbanqulu+Berdimehemmedov

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.615 san. generasiya edilib.