Türkiyə və Azərbaycan arasında investisiyaların ümumi həcmi 15 milyard dollara çatacaq – dövlət naziri Zəfər Çağlayan (FOTO)

- energy - az.trend.az ~ 6 год назад. Просмотрено 80 раз.
Türkiyə və Azərbaycan arasında investisiyaların ümumi həcmi 15 milyard dollara çatacaq – dövlət naziri Zəfər Çağlayan (FOTO)

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin Türkiyədə "Petkim" neft-kimya kompleksinin ərazisində neft emalı zavodunun tikintisinə investisiya qoyması ilə Türkiyə və Azərbaycan arasında investisiyaların ümumi həcmi 15 milyard dollar təşkil edəcək. Bu barədə Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayan cümə axşamı Bakıda deyib.

Hazırda ölkələr arasında investisiyaların ümumi həcmi 10 milyard dollar təşkil edir.

Nazirin sözlərinə görə, maraqların müəyyənləşdirilməsi və ölkələr arasında mal dövriyyəsinin artmasına və iqtisadi əlaqələrin genişlənməsinə mane olan mövcud problemlərin həll edilməsi məqsədilə cari ilin noyabr-dekabr aylarında yaradılmış işçi qrupunun ilk iclasının keçirilməsi planlaşdırılıb. İclas Türkiyədə keçiriləcək.

"Noyabrda Naxçıvan Muxtar Respublikasında (NMR) Türkiyə ilə münasibətlərin genişləndirilməsi məqsədilə biznes forumunun keçirilməsi də planlaşdırılıb", - Çağlayan bildirib.

Hazırda gündəlikdə duran Türkiyə və Azərbaycanın başlıca layihələrindən biri İğdırdan Naxçıvana uzunluğu 200 km olan yeni qaz kəmərinin çəkilişidir. NMR-i Türkiyə ilə birləşdirəcək dəmir yolunun tikintisi məsələsi də aktualdır. "Türkiyə və NMR arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində daha bir addım tərəflər arasında aviareyslərin sayının artırılmasıdır", - dövlət naziri vurğulayıb.

Türkiyəli sahibkarlar ölkənin informasiya-kommunikasiya texnologiyaları və turizm sahələrində, bank sektorunda iştiraka böyük maraq göstərirlər. Xüsusilə, Türkiyə bankı "İş bankası" Azərbaycanın bank bazarında iştiraka böyük maraq göstərir. Bu məqsədlə bank əvvəllər Azərbaycanın Mərkəzi Bankına müraciət edib. Nazir yaxın vaxtlarda Azərbaycanda Türkiyə bankının nümayəndəliyinin açılacağına əmin olduğunu ifadə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az



Постоянная ссылка:
http://arxiv.az/az/az.trend.az/1882233/Turkiye+ve+Azerbaycan+arasinda+investisiyalarin+umumi+hecmi+15+milyard+dollara+catacaq+dovlet+naziri+Zefer+Caglayan+(FOTO)

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.373 san. generasiya edilib.