Millimiz Şimali İrlandiyanı məğlub etdi (FOTO)

- sports - az.trend.az ~ 3 год назад. Просмотрено 76 раз.
Millimiz Şimali İrlandiyanı məğlub etdi (FOTO)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Bu gün futbol üzrə "DÇ-2014"ün seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Trend-in məlumatına görə, F qrupunda yer alan Azərbaycan milli komandası seçmə mərhələdə 9-cu matçına çıxıb.

Berti Foqtsun komandası doğma meydanda Şimali İrlandiya yığması ilə qarşılaşıb.

Səfərdə bu rəqiblə 1:1 hesablı bərabərə qalan yığmamız görüşün fovoriti hesab olunmasa da, millimizin qələbə qazanaraq qrupun sonuncu pilləsindən qurtulacağına ümidlər böyükdür.

Bugünkü oyun milli komandamızın üçün əlamətdar olub.

Belə ki, yığmamız bu gün 200-cü oyununa çıxıb.

Görüş saat 21:00-da 8-ci kilometr stadionunda start götürüb.

Oyunu italiyalı hakimlər briqadası idarə edib.

Gərgin mübarizə şəraitində keçən oyunda yığmamız 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yığmamız indiyədək keçirdiyi 9 oyundan 8 xal toplayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az



Постоянная ссылка:
http://arxiv.az/az/az.trend.az/2039376/Millimiz+Shimali+Irlandiyani+meglub+etdi+(FOTO)

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 18 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.147 san. generasiya edilib.