Metanol Amerikanı neft asılılığından azad edə bilər

- business - az.trend.az ~ 3 год назад. Просмотрено 52 раз.
Metanol Amerikanı neft asılılığından azad edə bilər

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

ABŞ-ın "Fuel Freedom Foundation" - Yanacaq Azadlığı Fondunun həmtəsisçisi, proqram təminatı sahəsində sahibkar və özünü "neft aludəçiliyinə qarşı terapevt" adlandıran Eyal Aronoff Amerikanın neftdən asılılığını azaltmaq üçün qeyri-ənənəvi yol tapdığını iddia edir.
Trend-in məlumatına görə, Arnoff tamamilə inanır ki, əgər Amerika növbəti onillik ərzində daha az neft istifadə edərsə, neftin qiyməti o qədər aşağı düşəcək ki, amerikanlar hal-hazırda ödədikləri pulun yarısını ödəyəcəklər. Onun ideyası avtomobil istifadəçilərinə stimul olaraq, avtomobillərinin çənini aşağı qiymətə alternativ maye yanacaq növləri ilə (metanol, etanol və ya təbii qaz) doldurmaq imkanı verməkdir.

"Qiymət yüksək olduqda bu dünyanın yeraltı sərvət ehtiyatlarının çıxalması həddindən artıq çətin olan yerlərdən, Arktikada, sıx slans təbəqələrində, dənizin dərinliyində mövcud olan rezervləri ələ keçirməyə yol açır", - Arnoff deyir. "Neftin bir barrelinin qiyməti 85$ - 120$- a çatanda, bütün bunlar reallaşa bilir".

Aronoff və onun həmkarı, Bill Klintonun prezidentliyi zamanı Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) direktoru olan Ceyms Vulzi iqlim dəyişikliyi sahəsində mövqelərini bölüşmək və avtomobillərdə metanola qoyulan məhdudiyyətin yenidən nəzərdən keçirilməsi məsələsində Ağ Ev və Konqresin dəstəyini almaq üçün Vaşinqtona gediblər.

"Bizim arzumuz mövcud avtomobilləri yenidən proqramlaşdıraraq və yanacaq sistemində bir sıra dəyişikliklər etməklə onları müxtəlif yanacaq növlərinə uyğunlaşdırmaqdır", - Aronoff deyir. "Əgər biz bunu çox ucuz həyata keçirə bilsək, bazara daxil olmaq üçün maneələr aradan qalxacaq və bununla da metanol kimi yeni, ekoloji cəhətdən təmiz yanacaq növləri üçün maneələr yox olacaq".

Mənbə: www.Greenerideal.com

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az



Постоянная ссылка:
http://arxiv.az/az/az.trend.az/2043985/Metanol+Amerikani+neft+asililigindan+azad+ede+biler

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.395 san. generasiya edilib.