Səfir: Azərbaycan Prezidentinin İrana səfəri iki ölkənin əlaqələrində böyük dəyişikliklərin başlanğıcıdır

- politics - az.trend.az ~ 2 год назад. Просмотрено 88 раз.
Səfir: Azərbaycan Prezidentinin İrana səfəri iki ölkənin əlaqələrində böyük dəyişikliklərin başlanğıcıdır

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir T.Cəfərov/
Azərbaycan Prezidenti cənab İlham Əliyevin İrana baş tutan səfəri iki ölkə arasında əlaqələrdə, eləcə də regionda böyük dəyişikliklərin başlanğıcıdır. Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Prezident İlham Əliyevin Tehrana səfərinin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
M.Pakayin bildirib ki, Prezident İlham Əliyevin İranın Ali Lideri Ayətullah Əli Xamneyi ilə çox səmimi mühitdə görüşü və iranlı həmkarı Həsən Ruhani ilə hərtərəfli müzakirələr aparması bu səfərin əhəmiyyətini göstərir.
Səfir Ordubad-Marazad su elektrik stansiyasının tikilməsinin əhəmiyyətindən danışıb və deyib ki, bu stansiyanın tikilməsi iki ölkənin elektrik enerjisinə tələbatını təmin etməklə yanaşı, Araz çayının suyunun səmərəli istifadəsinə də zəmin yaradacaq.
M.Pakayin deyib ki, səfərin nailiyyətlərindən biri də dövlətlərarası müştərək komissiyanın iranlı sədrinin təyin olunması idi: "Dövlətlərarası müştərək komissiya uzun müddət idi ki qeyri-fəal idi. Komissiyanın yeni iranlı və azərbaycanlı sədrlərinin təyin olunması bu komissiyanın işində dönüş yaradacaq və işinin sürətlənməsinə səbəb olacaq".
O, qeyd edib ki, müştərək komissiyanın işə başlamasından sonra iki ölkə arasında tranzit, energetika, neft, qaz, turizm və digər sahələrdə əməkdaşlıq daha da möhkəmləndiriləcək.
Səfir bildirib ki, İran Prezidenti H.Ruhani Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasını elan etdi və bir daha İranın münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı mövqeyini xatırlatdı.
M.Pakayin deyib ki, üçünçü qüvvələrin iki ölkənin münasibətlərinə zəzər vermək məqsədilə təxribat törətməsi hər iki ölkəni narahat edirdi və hər iki ölkə qərara aldı ki, belə hücumların qarşısını almaq üçün birgə səylərini artırsınlar: "İki ölkənin KİV-ləri arasında əlaqələrin möhkəmlənməsinə təkid olundu və iki ölkənin KİV komitələrinin fəaliyyətinin başlanmasına qərar verildi".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az



Постоянная ссылка:
http://arxiv.az/az/az.trend.az/2055706/Sefir:+Azerbaycan+Prezidentinin+Irana+seferi+iki+olkenin+elaqelerinde+boyuk+deyishikliklerin+bashlangicidir

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.141 san. generasiya edilib.