Azərbaycan-İran sərhədində su elektrik stansiyalarının tikilməsi üçün torpaq sahələrinin ayrılması məsələsinə baxılır

- politics - az.trend.az ~ 2 год назад. Просмотрено 80 раз.
Azərbaycan-İran sərhədində su elektrik stansiyalarının tikilməsi üçün torpaq sahələrinin ayrılması məsələsinə baxılır

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İzzət/
Hazırda Azərbaycanla İran sərhədində Azərbaycan tərəfdən "Ordubad", İran tərəfdən isə "Marazad" su elektrik sytansiyasının tikilməsi ilə bağlı məsələyə baxılır. Trend xəbər verir ki, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bununla bağlı məsələləri müzakirə etmək üçün Komitənin sədr müavini İranda olub: "Hazırda su elektrik stansiyalarının tikintisi üçün torpaq sahəsinin ayrılması və sərhəd məsələsinə baxılır. Bununla bağlı sərhədlərdə heç bir dəyişiklik olunmayacaq. Bizim tərəfdə "Ordubad", İran tərəfdə isə "Marazad" su elektrik stansiyası tikilir".
Komitə sədri qeyd edib ki, İran KİV-lərində Azərbaycanın öz sərhədindən 44 metr içəriyə doğru ərazini İrana verəcəyi barədə yayılan xəbərlər həqiqətəuyğun deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az



Постоянная ссылка:
http://arxiv.az/az/az.trend.az/2056416/Azerbaycan-Iran+serhedinde+su+elektrik+stansiyalarinin+tikilmesi+ucun+torpaq+sahelerinin+ayrilmasi+meselesine+baxilir

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.229 san. generasiya edilib.