Azərbaycanda Böyük Vətən müharibəsi əlillərinin avtonəqliyyatla tam təmin olunması üçün maliyyə vəsaiti ayrılıb

- politics - az.trend.az ~ 2 год назад. Просмотрено 132 раз.
Azərbaycanda Böyük Vətən müharibəsi əlillərinin avtonəqliyyatla tam təmin olunması üçün maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında 2014-cü ilədək növbəyə durmuş şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 3,5 manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az



Постоянная ссылка:
http://arxiv.az/az/az.trend.az/2058060/Azerbaycanda+Boyuk+Veten+muharibesi+elillerinin+avtoneqliyyatla+tam+temin+olunmasi+ucun+maliyye+vesaiti+ayrilib

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.146 san. generasiya edilib.