Yeni qanun layihəsi hazırlandı

- az.trend.az ~ 5 дней назад. Просмотрено 8 раз.
Yeni qanun layihəsi hazırlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Ombudsman Aparatı Milli Məclisə (MM) “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanunun qəbulunu təklif edib.

Bunu Trend-ə Ombudsman Aparatının Aparat rəhbəri Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, artıq sözügedən qanun layihəsi beynəlxalq ekspertlərin iştirakı ilə Ombudsman Aparatı tərəfindən hazırlanaraq parlamentə təqdim edilib:

“Uşaq hüquqları haqqında ümumi normalar “Uşaq hüquqları haqqında” qanunda, İnzibati Xətalar Məcəlləsində və s. var. Amma yeni layihə daha konkretdir və məsələləri daha detallı şəkildə özündə əks etdirir. Bu layihə cismani cəzadan müdafiə ilə bağlı məsələləri tənzimləyir. Layihənin məqsədi uşaq hüquqlarının daha səmərəli müdafiəsi üçün onları zorakılıqdan, kobudluqdan qorumaqdır”.

A.Səfixanlı qeyd edib ki, Ombudsman Aparatı uşaqların zorakılıqdan qorunması məqsədi ilə MM-ə bu konvensiyanın ratifikasiyası ilə bağlı müraciət edib.



Постоянная ссылка:
http://arxiv.az/az/az.trend.az/77890671/Yeni+qanun+layihesi+hazirlandi

На других источниках

  • Yeni qanun layihəsi hazırlandı Yeni qanun layihəsi hazırlandı

    Azərbaycan Ombudsman Aparatı Milli Məclisə (MM) "Uşaqların cismani cəzadan müdafiəsi haqqında" qanun...

    news.milli.az

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 16 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.051 san. generasiya edilib.