Dünya Bankından proqnoz: Azərbaycan iqtisadiyyatı artacaq

- az.trend.az ~ 5 дней назад. Просмотрено 4 раз.
Dünya Bankından proqnoz: Azərbaycan iqtisadiyyatı artacaq

Bakı. Trend:

Azərbaycanda 2017-ci ildə ÜDM-in artımı 1,2 faii səviyyəsində proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə Dünya Bankının saytında yerləşdirilmiş "Global Economic Prospects" adlı hesabatında qeyd olunub.

Bankın hesabatında Azərbaycanda 2018 və 2019-ci illər üçün ÜDM-in artımı 2,3 faiz səviyyəsində proqnozlaşdırılır.

Qeyd edək ki, 2016-ci ilin iyun ayında dərc olunmuş hesabatda Azərbaycanda 2017-ci ildə ÜDM-in artımı 0,5 faiz səviyyəsində proqnozlaşdırılırdı.

Ümumiyyətlə, DB 2017 və 2018-ci illərdə dünya iqtisadiyyatının artım proqnozunu pisləşdirib.

Dünya Bankı 2016-cı ilin iyun ayında 2017-ci ildə dünya iqtisadiyyatı 2,8%, 2018-ci ildə isə 3% artacağını gözləyirdi. Ancaq indiki proqnozuna görə, artım 2.7% və 2.9% təşkil edəcək.

DB 2019-cü ildə dünya iqtisadiyyatının 2,9% artacağını gözləyir.



Постоянная ссылка:
http://arxiv.az/az/az.trend.az/77891126/Dunya+Bankindan+proqnoz:+Azerbaycan+iqtisadiyyati+artacaq

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 16 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.08 san. generasiya edilib.