Prokuror Şamaxıda qardaşını güllələyərək öldürənə 20 il cəza istədi

- az.trend.az ~ 6 дней назад. Просмотрено 5 раз.
Prokuror Şamaxıda qardaşını güllələyərək öldürənə 20 il cəza istədi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayonunda qardaşını güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Azad Rəşidzadənin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror A.Rəşidzadənin 20 il azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə müdafiə çıxışı edən vəkil Günay Hacıyeva müvəkkilinin günahsız olduğunu, dövlət ittihamçısının istədiyi cəza ilə razı olmadığını bildirib. Vəkil məhkəmədən ədalətli cəza təyin edilməsini istəyib. Məhkəmənin növbəti prosesi yanvarın 19-na təyin edilib.
İttiham aktına əsasən, Şamaxı rayon sakini 1971-ci il təvəllüdlü Rəşidzadə Azad Əli oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə qardaşı 1967-ci il təvəllüdlü Rəşidov Azər Əli oğlunu güllələyib. Nəticədə ağır xəsarətlər alan A.Rəşidov hadisə yerində dünyasını dəyişib. Bundan başqa, hadisə zamanı A.Rəşidzadə onun qarşısını kəsən öz həyat yoldaşı 1982-ci il təvəllüdlü İbadova Möminə Əlişah qızına da atəş açıb. Güllə qadının qolunu yaralayıb. Daha sonra M.İbadova Şamaxı rayon Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən A.Rəşidzadə isə polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham olunur.



Постоянная ссылка:
http://arxiv.az/az/az.trend.az/77952587/Prokuror+Shamaxida+qardashini+gulleleyerek+oldurene+20+il+ceza+istedi

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.139 san. generasiya edilib.