Bilik Fondu ilə Cənubi Koreya səfirliyi arasında əməkdaşlıq genişlənir

- HUMANİTAR Elm və texnika - azerbaijan-news.az ~ 5 дней назад. Просмотрено 14 раз.
Bilik Fondu ilə Cənubi Koreya səfirliyi arasında əməkdaşlıq genişlənir
11 Yanvar 2017 

Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda olub.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və fondun əməkdaşları ilə keçirilən görüşdə xalqların bir-biri ilə daha sıx əlaqələr yaratması istiqamətində həyata keçirilə biləcək layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bilik Fondunun fəaliyyəti barədə ətraflı məlumat verən icraçı direktor fondun  beynəlxalq səviyyədə gördüyü işlərə diqqət çəkib. 

O.Səmədov cənab səfir Kim Çanq-gyunu Bilik Fondunun “Səfir saatı” klubuna üzv olmağa dəvət edib. Klub Azərbaycanda fəaliyyət göstərən səfirliklərin, diplomatik nümayəndəliklərin rəhbər şəxslərini yerli və xarici gənclərlə görüşdürəcək, ölkəmizi daha yaxından tanımaları üçün diplomatların bölgələrə səfərlərini gerçəkləşdirəcək.

O.Səmədov Azərbaycanla Cənubi Koreya arasında elmi, mədəni əlaqələrin genişləndirilməsinə xidmət edən maarifləndirici tədbirlərin mütəmadiliyini təmin etmək məqsədi ilə niyyət protokolunun imzalanmasına ehtiyac olduğunu bildirib.

Görüşdə Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev işgüzar səfər çərçivəsində bir neçə dəfə Cənubi Koreyanın paytaxtı Seul şəhərində olduğunu xatırladaraq, bu ölkənin insanları ilə qurulan təmaslardan məmnunluq duyduğunu deyib. Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu Bilik Fondunda olmaqdan zövq aldığını bildirərək, əməkdaşlığın perspektivlərindən söz açıb. Azərbaycanlılarla cənubi koreyalıların eyni dil qrupuna aid olduqlarını deyən səfir bu səbəbdən hər iki xalqın oxşar cəhətlərindən danışıb. Kim Çanq-gyu deyib ki, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi xalqın mədəni təfəkkürünün göstəricisidir.

Səfir Bilik Fondunun təkliflərini müsbət dəyərləndirdiyini və fondla səfirlik arasında niyyət protokolu imzalanandan dərhal sonra əməkdaşlığa başlamağın zəruriliyini bildirib.

Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu fondun xatirə kitabına ürək sözlərini yazıb. 

“Azərbaycan”



Постоянная ссылка:
http://arxiv.az/az/azerbaijan-news.az/77888074/Bilik+Fondu+ile+Cenubi+Koreya+sefirliyi+arasinda+emekdashliq+genishlenir

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 16 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.058 san. generasiya edilib.