Jan-Mari Le Guen: Azərbaycanda təhsil sisteminin inkişafına xüsusi diqqət yetirilir

- ÖLKƏDƏ - azerbaijan-news.az ~ 9 дней назад. Просмотрено 3 раз.
Jan-Mari Le Guen: Azərbaycanda təhsil sisteminin inkişafına xüsusi diqqət yetirilir
11 Yanvar 2017Azərbaycanda təhsil sisteminin inkişafına xüsusi diqqət yetirilir.

AZƏRTAC xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guen media üçün brifinqdə bildirib.

Azərbaycan ilə Fransa arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndiyini deyən qonaq Fransız-Azərbaycan Universitetinin (UFAZ) təhsilə verəcəyi töhfələrdən danışıb. Qeyd edilib ki, UFAZ-ın yaradılması tərəflər arasında əməkdaşlığın inkişafına xidmət edir. Qonaq universitetdə əcnəbi tələbələrin - Fransa və digər ölkələrdən olan vətəndaşların təhsil alması üçün lazımi baza yaradılacağını bildirib. Jan-Mari Le Guen deyib ki, UFAZ-da təhsil alan azərbaycanlı tələbələr Fransada təhsillərini davam etdirəcəklər. Universitetlərarası müqavilələrə əsasən, gələcəkdə fransız tələbələr də bu ali məktəbdə tədrisə cəlb olunacaqlar. Artıq bu istiqamətdə danışıqlara başlanılıb.



Постоянная ссылка:
http://arxiv.az/az/azerbaijan-news.az/77939996/Jan-Mari+Le+Guen:+Azerbaycanda+tehsil+sisteminin+inkishafina+xususi+diqqet+yetirilir

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 20 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.137 san. generasiya edilib.