Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub

- SİYASƏT - azerbaijan-news.az ~ 6 дней назад. Просмотрено 6 раз.
Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub
12 Yanvar 2017Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 35 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Dovex, İcevan rayonunun Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Cəfərli kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.



Постоянная ссылка:
http://arxiv.az/az/azerbaijan-news.az/77951983/Mudafie+Nazirliyi:+Ermenistan+silahli+quvvelerinin+bolmeleri+sutka+erzinde+ateshkes+rejimini+35+defe+pozub

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 18 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.616 san. generasiya edilib.