Ermənistandan axıdılan çirkab suları Kür çayında biogen maddələrin miqdarını artırıb

- ÖLKƏDƏ - azerbaijan-news.az ~ 6 дней назад. Просмотрено 8 раз.
Ermənistandan axıdılan çirkab suları Kür çayında biogen maddələrin miqdarını artırıb
12 Yanvar 2017Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə yanvar ayının birinci ongünlüyü üçün növbəti monitorinq keçirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayında su sərfi dekabr ayının üçüncü ongünlüyünə nisbətən saniyədə 33 kubmetr azalıb. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3,9, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini keçib.

Fenolların Araz çayı üzrə Horadizdə 2, Birinci Şahsevəndə 2,2, Bəhramtəpədə isə 3,1 dəfə yol verilən qatılıq həddini keçdiyi müəyyən edilib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejiminin bütün məntəqələrdə sanitar norma daxilində dəyişdiyi qeydə alınıb.



Постоянная ссылка:
http://arxiv.az/az/azerbaijan-news.az/77954003/Ermenistandan+axidilan+cirkab+sulari+Kur+cayinda+biogen+maddelerin+miqdarini+artirib

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 18 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.188 san. generasiya edilib.