Prokurorluq 20 Yanvar faciəsi ilə bağlı Rusiyanın istintaq orqanlarına göndərdiyi sorğunun cavabını gözləyir

- ÖLKƏDƏ - azerbaijan-news.az ~ 6 дней назад. Просмотрено 5 раз.
Prokurorluq 20 Yanvar faciəsi ilə bağlı Rusiyanın istintaq orqanlarına göndərdiyi sorğunun cavabını gözləyir
12 Yanvar 2017Rusiya Federasiyasının hüquq-mühafizə orqanları 20 Yanvar faciəsi ilə bağlı başlanılan cinayət işi ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunun sorğusunu indiyə qədər cavablandırmayıb.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

E.Sultanov bildirib ki, 20 Yanvar faciəsi ilə bağlı cinayət işi SSRİ-nin Baş Prokurorluğunda başlandığından, 68 cildlik işin materialları Moskvaya aparılıb. Həmin materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna qaytarılması üçün sorğular və təqsirləndirilən şəxslərin tutulub istintaqa təhvil verilməsi üçün qanunla müəyyən edilmiş zəruri sənədlər Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına təqdim olunub. Lakin həmin sorğulara indiyədək müsbət cavab verilməyib.

İstintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılaraq dövlətə və vətəndaşlara külli miqdarda ziyan vurulub.

Xatırladaq ki, 20 Yanvar faciəsi ilə bağlı ilkin araşdırmalar SSRİ Baş Prokurorluğu tərəfindən aparılıb. Baş vermiş hadisələrlə əlaqədar hərbçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəlinərək, 1990-cı il 20 dekabr tarixli qərarla cinayət işinin icraatına xitam verilib. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 1992-ci il fevralın 14-də xitam qərarı ləğv edilərək həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4-cü və 6-cı bəndləri (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə, 149-cu (əmlakı qəsdən məhv etmə və ya zədələmə, 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) və 255-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.



Постоянная ссылка:
http://arxiv.az/az/azerbaijan-news.az/77954604/Prokurorluq+20+Yanvar+faciesi+ile+bagli+Rusiyanin+istintaq+orqanlarina+gonderdiyi+sorgunun+cavabini+gozleyir

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 18 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.094 san. generasiya edilib.