ABŞ-ın Polsboro şəhərciyinin meri yanan binadan qızı xilas edib

- DÜNYA - azerbaijan-news.az ~ 6 дней назад. Просмотрено 6 раз.
ABŞ-ın Polsboro şəhərciyinin meri yanan binadan qızı xilas edib
12 Yanvar 2017ABŞ-ın Nyu-Cersi ştatında yerləşən şəhərciyin meri yanğınsöndürənlər gələnə qədər yanan binadan qızı xilas edib. Bu barədə NBC telekanalı məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident əhalisinin sayı 6 min nəfər olan Polsboro şəhərciyində baş verib. Şəhərciyin meri Heri Stivenson dəfn mərasimindən piyada evinə qayıdırmış. Keçmişdə yanğınsöndürən işləyən Stivenson yanan evi gördükdə xilasedicilərin gəlməsini gözləmədən özünü oda ataraq, yatan qız uşağını binadan çıxarıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürüb. Yanğın nəticəsində heç kim xəsarət almayıb.

“Mən özümü əsla qəhrəman hesab etmirəm. Mən mer postunda işləyən adi vətəndaşam”, - deyə Stivenson bildirib.



Постоянная ссылка:
http://arxiv.az/az/azerbaijan-news.az/77954605/ABSh-in+Polsboro+sheherciyinin+meri+yanan+binadan+qizi+xilas+edib

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.05 san. generasiya edilib.