Alimlər insan ömrünü uzadan ölüm testi yaradıblar

- HUMANİTAR Səhiyyə - azerbaijan-news.az ~ 6 дней назад. Просмотрено 8 раз.
Alimlər insan ömrünü uzadan ölüm testi yaradıblar
12 Yanvar 2017Amerikalı və isveçrəli alimlər ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların ömrünü müəyyənləşdirməyə qadir olan ölüm testi işləyib hazırlayıblar.

AZƏRTAC runews24 saytına istinadən xəbər verir ki, ölüm testi qanda trimetilaminoksid (TMAO) molekullarının səviyyəsini təhlil edir. ТМАО molekulları insan orqanizmi və sağlamlığı üçün təhlükə törədir, müxtəlif ciddi xəstəliklərin inkişafına səbəb olur. Xüsusilə ət, süd məhsulları və yumurtadan istifadə nəticəsində molekullar damarlarda tromb riskini artırır və qan dövranının pozulmasına gətirib çıxarır. Alimlər yeddiillik tədqiqatlar nəticəsində aydınlaşdırıblar ki, molekulların qanda yüksək olması insanlarda çox vaxt infarkt və insultla nəticələnir.

Ekspertlər hesab edirlər ki, insanlar test vasitəsilə ölümlərinin səbəbini və tarixini müəyyənləşdirərək ömürlərini uzada bilərlər. Bu, onun hesabına baş verəcək ki, onlar öz sağlamlıqlarına daha çox diqqət ayırmalı olacaqlar. Belə ki, insanlar test müayinəsindən sonra qanda TMAO molekullarının səviyyəsini aşağı salacaq preparatlardan istifadə edəcəklər.



Постоянная ссылка:
http://arxiv.az/az/azerbaijan-news.az/77954607/Alimler+insan+omrunu+uzadan+olum+testi+yaradiblar

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 18 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.054 san. generasiya edilib.