Tibb Universitetinin tələbələri “fastfood”un ziyanları barədə videoçarx hazırlayıblar

- ÖLKƏDƏ - azerbaijan-news.az ~ 6 дней назад. Просмотрено 7 раз.
Tibb Universitetinin tələbələri “fastfood”un ziyanları barədə videoçarx hazırlayıblar
12 Yanvar 2017Azərbaycan Tibb Universitetinin tələbələri “fastfood”un ziyanları barədə videoçarx hazırlayıblar.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, gənclərin sağlam həyat tərzinə həsr olunan və 10 dəqiqə davam edən videoçarx maraqlı formatda hazırlanıb. Videoda "Sağlamlıq nədir?" və "Sağlam həyat tərzi necə olmalıdır?" mövzuları ümumilikdə əhatə olunub, o cümlədən gənclərin qida seçimi, fiziki məşğuliyyətləri, gündəlik davranışlarında yol verdikləri səhvlər göstərilib. Həmçinin tələbələrin ən çox istifadə etdikləri “fastfood”un ziyanları, oturaq həyat tərzinin fəsadları haqqında məlumat verilib.

Universitetin tələbə həmkarlar ittifaqı komitəsinin bu layihəsi komitənin sədri Elşad Novruzovun birbaşa iştirakı və dəstəyi ilə baş tutub. Videoçarxın yaradıcı heyəti ATU-nun tələbələridir. Layihə müəllifləri Malik Şükürlü və Nuran Sadəddinli, rolların ifaçıları isə Orxan Aslanlı, Əvəz Zeynallı, Nigar Əhmədova, Nuran Sadəddinli, Dursun Həsənov və Füzuli Namazovdur.



Постоянная ссылка:
http://arxiv.az/az/azerbaijan-news.az/77955857/Tibb+Universitetinin+telebeleri+fastfoodun+ziyanlari+barede+videocarx+hazirlayiblar

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.057 san. generasiya edilib.