Təhqiqat “Tu-154” təyyarəsinin qəzasında terror aktı versiyasını istisna edib

- DÜNYA - azerbaijan-news.az ~ 6 дней назад. Просмотрено 8 раз.
Təhqiqat “Tu-154” təyyarəsinin qəzasında terror aktı versiyasını istisna edib
12 Yanvar 2017Partlayış üzrə mütəxəssislər Soçi şəhəri yaxınlığında qəzaya uğrayan “Tu-154” təyyarəsinin göyərtəsində terror aktı versiyasını istisna ediblər.

AZƏRTAC “Kommersant” qəzetinə istinadla xəbər verir ki, qəzadan sonra hərbi təhqiqatçılar laynerin korpusunun hissələrinin, sərnişinlərin cəsədlərinin və şəxsi əşyalarının, həmçinin təyyarənin daşıdığı yükün bir sıra ekspertizasını keçiriblər.

“Təyyarənin göyərtəsində kriminal partlayış və ya onun raketlə vurulması izləri aşkarlanmayıb – beləliklə, terror barədə versiyalar təhqiqat tərəfindən araşdırılıb və qəzanın mümkün səbəbləri siyahısından çıxarılıb. Bundan sonra mütəxəssislər diqqətlərini digər versiya – hərbi təyyarə ekipajının mümkün xətası üzərində cəmləyib”, – deyə nəşr qeyd edib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin Moskvadan Suriyaya uçan “Tu-154” təyyarəsi 2016-cı il dekabrın 25-də Soçi şəhəri yaxınlığında, Qara dəniz üzərində qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin göyərtəsindəki 92 nəfərin hamısı, o cümlədən Aleksandrov adına ansamblın 64 üzvü, Rusiyanın NTV, “Zvezda” və Birinci kanalının 9 jurnalisti, həmçinin “Ədalətli yardım” xeyriyyəçilik fondunun rəhbəri Yelizaveta Qlinka (Doktor Liza) həlak olub.



Постоянная ссылка:
http://arxiv.az/az/azerbaijan-news.az/77955858/Tehqiqat+Tu-154+teyyaresinin+qezasinda+terror+akti+versiyasini+istisna+edib

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 18 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.044 san. generasiya edilib.