bp ŞİRKƏTİ “ƏN YAXŞI BİZNES” MÜKAFATLARINI TƏQDİM ETMİŞDİR

- İqtisadiyyat - azertag.az ~ 10 год назад. Просмотрено 285 раз.
AzərTAc xəbər verir ki, mayın 25-də “Park İNN Azərbaycan” mehmanxanasında bp şirkəti və tərəfdaşları tərəfindən təsis edilmiş “Ən yaxşı biznes” mükafatlarının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə bp-nin Biznes İnkişaf Mərkəzinin təmsilçisi Hikmət Qayıbov, şirkətin kommersiya məsələləri üzrə vitse-prezidenti Fill Houm bildirmişlər ki, bu mükafatların verilməsindən məqsəd bp-nin əməliyyatçı olduğu neft və qaz layihələrinin həyata keçirilməsində fərqlənən qabaqcıl yerli və beynəlxalq şirkətləri, bizneslə məşğul olan sahibkarları qiymətləndirməkdir.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Prezident İlham Əliyevin ölkəmizdə sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıdan danışmış, son illər həyata keçirilən mühüm tədbirləri - ölkədə investisiya mühitinin yaxşılaşdırılmasını, dövlət vəsaitləri hesabına sahibkarlığa maliyyə dəstəyinin göstərilməsini, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasını, qanunvericilik bazasının təkmilləşdirilməsini və s. diqqətə çatdırmışdır. Natiq bp şirkətinin Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində gördüyü işləri yüksək qiymətləndirmiş və təşəkkürünü bildirmişdir.
Sonra 4 nominasiya üzrə mükafatları təqdimetmə mərasimi keçirilmişdir. “Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə ən yaxşı iş icraçısı” nominasiyasında “Sumqayıttikintiquraşdırma-2” şirkəti, “İlin gənc sahibkarı” nominasiyasında Ceyhun İmanov studiyası, “Ən yaxçı işəgötürən” nominasiyasında “Rigblast Energy Services LTD” şirkəti və “İlin şirkəti” nominasiyasında “Dalğıc” özəl şirkəti qalib adına layiq görülmüşlər.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2730102/bp+ShIRKETI+EN+YAXShI+BIZNES+MUKAFATLARINI+TEQDIM+ETMIShDIR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 22 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.126 san. generasiya edilib.