AZƏRBAYCAN İSTƏNİLƏN VAXTDA, İSTƏNİLƏN YOLLA ÖZ DOĞMA TORPAQLARINI AZAD EDƏ BİLƏR VƏ AZAD EDƏCƏKDİR

- Siyasət - azertag.az ~ 10 год назад. Просмотрено 87 раз.
AzərTAc xəbər verir ki, bu sözləri Dünya azərbaycanlılarının həmrəyliyi günü, Qurban bayramı və Yeni il münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev xalqımıza təbrikində demişdir.
Dövlətimizin başçısı əlavə etmişdir: “...ordu quruculuğu prosesinə də böyük diqqət göstərilir. Hələ iki il bundan əvvəl mən bəyan etmişdim və söz vermişdim ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün büdcəsinə bərabər olmalıdır və 2007-ci ildə biz bu məqsədə nail ola bilmişik. Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün xərclərinə bərabər olub və növbəti illərdə daha da artıq olacaqdır.
Bir tərəfdən, bu onu göstərir ki, bütün verilmiş vədlər, sözlər həyatda öz əksini tapır. Digər tərəfdən, biz ordumuzu gücləndirməliyik. Biz danışıqlar aparırıq, ancaq düşmən bilməlidir ki, Azərbaycan istənilən vaxtda, istənilən yolla öz doğma torpaqlarını azad edə bilər və azad edəcəkdir. Bundan sonra da orduya diqqət artırılacaqdır. Bizim siyasətimiz bundan ibarətdir. Görəndə ki, bu siyasət xalq tərəfindən dəstəklənir, çox sevinirəm və bu dəstək mənim üçün çox önəmlidir.”
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763915/AZERBAYCAN+ISTENILEN+VAXTDA+ISTENILEN+YOLLA+OZ+DOGMA+TORPAQLARINI+AZAD+EDE+BILER+VE+AZAD+EDECEKDIR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.207 san. generasiya edilib.