AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV: MƏNİM BİR MƏQSƏDİM VAR-AZƏRBAYCAN XALQINA XİDMƏT ETMƏK

- Siyasət - azertag.az ~ 10 год назад. Просмотрено 90 раз.
AzərTAc xəbər verir ki, bu sözləri Dünya azərbaycanlılarının həmrəyliyi günü, Qurban bayramı və Yeni il münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev xalqımıza təbrikində demişdir.
Dövlətimizin başçısı 2006-cı ilin sosial-iqtisadi inkişaf strategiyasının yekunlarından, daxili və xarici siyasətin uğurlu nəticələrindən danışaraq əlavə etmişdir: “Bütövlükdə, Azərbaycanda gedən işlər müsbət istiqamətdə inkişaf edir. Mən çalışıram və çalışacağam ki, xalqın inamını bundan sonra da doğruldum. Mənə həvalə edilən bütün vəzifələri ləyaqətlə yerinə yetirməyə çalışıram. Mənim bir məqsədim var - Azərbaycan xalqına xidmət etmək, Azərbaycanı möhkəmləndirmək, ölkəmizin dünyadakı mövqelərini gücləndirmək, Azərbaycan xalqının rifah halının yaxşılaşması üçün iş görmək, əməli-praktik işlərlə, müxtəlif proqramların həyata keçirilməsi ilə ölkəmizi möhkəmləndirmək və Azərbaycanı müasir güclü ölkəyə çevirmək.
Sizə deyə bilərəm ki, son üç il ərzində elə məsələ olmayıb ki, biz onu qarşımıza qoyaq və həll edə bilməyək. Bütün məsələlər öz həllini tapıb, Azərbaycan çox dinamik şəkildə inkişaf edir, bizim siyasətimiz çox çevikdir, çox məqsədyönlüdür, düşünülmüş proqram çərçivəsində aparılır. Əminəm ki, bu siyasət bundan sonra da Azərbaycana uğurlar gətirəcəkdir.”
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763916/AZERBAYCAN+PREZIDENTI+ILHAM+ELIYEV:+MENIM+BIR+MEQSEDIM+VAR-AZERBAYCAN+XALQINA+XIDMET+ETMEK

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.361 san. generasiya edilib.