DAŞKƏNDDƏ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ QEYD OLUNMUŞDUR

- Siyasət - azertag.az ~ 10 год назад. Просмотрено 96 раз.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəylyi günü münasibətilə təntənəli mərasim keçirmişdir. Tədbirdə Azərbaycan diasporunun üzvləri, mədəniyyət və incəsənət xadimləri, qardaş özbək xalqının nümayəndələri, səfirliyimizin əməkdaşları iştirak etmişlər.
Mərasimin əvvəlində Özbəkistan Dövlət Konservatoriyasının tələbəsi, soydaşımız Cəbrayıl İdrisov Azərbaycanın dövlət himnini oxumuşdur.
Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov salona toplaşanları Dünya Azərbaycanlılarının Həmrəylyi günü, Qurban bayramı və Yeni il münasibətilə təbrik etmiş, Azərbaycan Prezidenti İlham Əliyevin Həmrəylik Günü ilə əlaqədar dünya azərbaycanlılarına müraciətini, Qurban və Yeni il bayramları münasibətilə Azərbaycan xalqına təbrikini oxumuşdur.
Səfir bildirmişdir ki, Həmrəylik günü ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ilk dəfə 1991-ci ildə Naxçıvan Muxtar Respublikasında qeyd olunan bu bayram sonra ölkəmizin bütün ərazisində keçirilməyə başlamışdır. Namiq Abbasov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində Azərbaycan Prezidentinin səylərindən, ölkəmizdə bütün sahələrdə aparılan quruculuq işlərindən söhbət açmışdır.
Mərasimdə Özbəkistanın xalq artisti, soydaşımız Nəsibə Abdullayeva, əməkdar artistlər Rano Şaripova, İsrail Səidumarov, “Qarabağ” ansamblının solistləri Yusif Əliyev, Əlipənah Bayramov xalq və bəstəkar mahnılarımızı, İlham Abdullayev qədim saz havalarını, “Buta” uşaq rəqs ansamblının üzvləri isə rəqslərimizi ifa etmiş, Sırdəryadan gəlmiş soydaşımız Əli Nəsirli Azərbaycan haqqında yazdığı şerini oxumuşdur.
Onlara Azərbaycan səfirliyinin Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilmişdir.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763918/DAShKENDDE+DUNYA+AZERBAYCANLILARININ+HEMREYLIYI+GUNU+QEYD+OLUNMUShDUR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.189 san. generasiya edilib.