SOSİAL MƏSƏLƏLƏR AZƏRBAYCANIN DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR

- Siyasət - azertag.az ~ 10 год назад. Просмотрено 89 раз.
AzərTAc xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Dünya azərbaycanlılarının həmrəyliyi günü, Qurban bayramı və Yeni il münasibətilə xalqımıza təbrikində bu fikri bir daha vurğulamışdır.
Son üç il ərzində ölkəmizdə 500 min yeni iş yeri açıldığını, yoxsulluğun səviyyəsinin kəskin şəkildə aşağı düşdüyünü, regionların sosial-iqtisadi inkişafının çox sürətlə davam etdiyini xatırladan dövlətimizin başçısı demişdir: “Bununla bərabər, sosial siyasət Azərbaycanda çox güclüdür və sosial məsələlərə diqqət daim olmalıdır. Mənim siyasətimin, demək olar ki, əsas istiqamətlərindən biri də bundan ibarətdir. Hər il pensiyalar artırılır, əmək haqları artırılır. 2007-ci il yanvarın 1-dən minimum əmək haqqı və minimum pensiya yenə də artırılacaqdır. Əlbəttə ki, əmək haqları və pensiyaların məbləği bizi tam şəkildə qane edə bilməz, ancaq artım dinamikası çox güclüdür. Yaxın müddət ərzində Azərbaycanda yoxsulluğun aşağı salınması, işsizliyin aradan qaldırılması nəticəsində insanların həyat səviyyəsi daha da yaxşı olacaqdır. Bu, bizim əsas məqsədimizdir”.
Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycan xalqının yaxşı yaşaması üçün həm iqtisadi, həm də siyasi islahatlar mütləq davam etdirilməlidir.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763919/SOSIAL+MESELELER+AZERBAYCANIN+DOVLET+SIYASETININ+ESAS+ISTIQAMETLERINDEN+BIRIDIR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.092 san. generasiya edilib.