BTC-NİN İSTİSMARA VERİLMƏSİ VƏ “ŞAHDƏNİZ” YATAĞINDAN İLK QAZIN HASİLATI AZƏRBAYCANIN DÜNYADAKI MÖVQELƏRİNİ MÖHKƏMLƏNDİRƏCƏKDİR

- Siyasət - azertag.az ~ 10 год назад. Просмотрено 108 раз.
AzərTAc xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Dünya azərbaycanlılarının həmrəyliyi günü, Qurban bayramı və Yeni il münasibətilə xalqımıza təbrikində yola saldığımız 2006-cı ildə ölkənin uğurlarından danışarkən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə salınmasını və “Şahdəniz” yatağından ilk qazın hasil edilməsini tarixi əhəmiyyəti olan hadisələr kimi səciyyələndirmişdir. Dövlətimizin başçısı demişdir ki, bu iki tarixi hadisə Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyən edəcək və ölkəmizin dünyada mövqelərini möhkəmləndirəcəkdir.
Prezident İlham Əliyev vurğulamışdır ki, BTC, sadəcə, neft kəməri, Azərbaycan neftini dünya bazarlarına çatdıracaq infrastruktur layihəsi deyildir. Bunun çox böyük geosiyasi əhəmiyyəti vardır. Kəmərin istismara verilməsi ilə artıq Azərbaycan bunun çox gözəl nəticələrini görməkdədir. Azərbaycan Dövlət Neft Fondunda milyardlarla dollar vəsait yığılıb, ölkənin valyuta ehtiyatları 4 milyard dollardan çoxdur. Son üç il ərzində büdcə gəlirləri 4 dəfə artıbdır. 2003-cü ildə Azərbaycanın büdcəsi təxminən 1,5 milyard idisə, 2007-ci ildə 6,5 milyard dollara çatmışdır. Bütün bunlar 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsinin nəticəsidir.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763920/BTC-NIN+ISTISMARA+VERILMESI+VE+ShAHDENIZ+YATAGINDAN+ILK+QAZIN+HASILATI+AZERBAYCANIN+DUNYADAKI+MOVQELERINI+MOHKEMLENDIRECEKDIR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.686 san. generasiya edilib.