BU İL DÖVLƏT NEFT FONDUNUN XALİS GƏLİRLƏRİ ARTACAQDIR

- İqtisadiyyat - azertag.az ~ 10 год назад. Просмотрено 80 раз.
Azərbaycan Respublikasi Dövlət Neft Fondundan AzərTAc-a bildirmişlər ki, 2007-ci ildə
Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 1 429 724,2 min manat təşkil edəcəkdir. Bu rəqəm ötən ilin müvafiq göstəricisi ilə müqayisədə xeyli çoxdur.
Qeyd edək ki, karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri, habelə
Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər bura daxil deyildir.
Neft Fondunda toplanan vəsaitlərin həcmi ildən-ilə artmaqdadır. Fond fəaliyyətə başlayanda onun vəsaitləri 271 milyon dollar təşkil edirdisə, hazırda Fondun valyuta aktivlərinin həcmi 1,5 milyard ABŞ dolları səviyyəsindədir.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763924/BU+IL+DOVLET+NEFT+FONDUNUN+XALIS+GELIRLERI+ARTACAQDIR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 20 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.183 san. generasiya edilib.