AZƏRBAYCAN NEFTÇİLƏRİ 2006-CI İLİ UĞURLA YOLA SALMIŞLAR

- İqtisadiyyat - azertag.az ~ 10 год назад. Просмотрено 87 раз.
Dövlət Neft Şirkətindən (ARDNŞ) AzərTAc-a verilən məlumata görə, 2006-cı ildə neft hasilatında böyük göstərici əldə olunmuş, 32 milyon ton neft çıxarılmışdır. Proqnozlara görə, 2009-cü ildə bu rəqəm 50 milyon, 2010-cu ildə isə 65 milyon ton olacaqdır. Bu da Azərbaycanın dünyada neft ölkəsi kimi tanınmasında mühüm rol oynayacaqdır.
2006-cı ildə qaz hasilatı 500 milyon kubmetr olmuşdur. 2007-ci ildə Azərbaycan qazının dünya bazarlarına çıxarılması məsələsi həll olunacaqdır. Avropanın qaza olan ehtiyacı yeni ildə 70-80 faiz artacaqdır və bu tələbatın ödənilməsində respublikamız mühüm rol oynayacaqdır.
2007-ci ildə neftçilər qaz hasilatını 6 milyard kubmetrə çatdırmağı qarşıya məqsəd qoymuşlar. 2008-ci ildə isə 8 milyard kubmetr qaz istehsal olunacaq və Azərbaycan özünün qaza olan tələbatını tam ödəyəcəkdir.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763925/AZERBAYCAN+NEFTCILERI+2006-CI+ILI+UGURLA+YOLA+SALMIShLAR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.114 san. generasiya edilib.