“ŞAHDƏNİZ” QAZ-KONDENSAT YATAĞINDA 2007-Cİ İLDƏ DÖRD ÖNCƏ QAZMA QUYUSU İSTİSMARA VERİLƏCƏKDİR

- İqtisadiyyat - azertag.az ~ 10 год назад. Просмотрено 112 раз.
bp-Azərbaycan şirkətindən AzərTAc-a bildirmişlər ki, “Şahdəniz” yatağında 2007-ci ildə dörd öncə qazma quyusunun istismara verilməsi nəzərdə tutulmuşdur.
Qazılacaq təzə quyular yataqda qaz hasilatının artmasına imkan yaradacaqdır. Yatağın işlənilməsinin 1-ci mərhələsində qaz hasilatı ildə 8,6 milyard kubmetr olacaqdır.
Hazırda yataqda işlənilmə və hasilat işləri suyun 105 metr dərinliyində quraşdırılmış 15 quyu gövdəsinə malik TPG500 tipli yaşayış, qazma və hasilat platforması, bu platformadan Səngəçal terminalınadək hər birinin uzunluğu 90 kilometr olan üç sualtı boru kəməri və terminalda qaz və kondensatın texnoloji emalı obyektləri vasitəsilə həyata keçirilir.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763926/ShAHDENIZ+QAZ-KONDENSAT+YATAGINDA+2007-CI+ILDE+DORD+ONCE+QAZMA+QUYUSU+ISTISMARA+VERILECEKDIR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.355 san. generasiya edilib.