“AZERCELL TELEKOM” “İNTELLEKT–2006” MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR

- İqtisadiyyat - azertag.az ~ 10 год назад. Просмотрено 111 раз.
AzərTAc xəbər verir ki, “Azercell Telekom” Birgə Müəssisəsi yeni il ərəfəsində daha bir mükafata layiq görülmüşdür. Azərbaycanın mobil bazarının aparıcı şirkəti bu dəfə “İT Magazine” jurnalının “İntellekt-2006” mükafatını almışdır. Mükafat mobil operatora 2 milyon 300 min ailənin fərdi informasiya vasitəsi olan “SİMURQ” xidmətinin tətbiqinə görə verilmişdir.
Müasir texnologiyalar əsasında hazırlanan və mobil telekommunikasiyada inqilabi dəyişikliklər edəcək “SİMURQ” (interaktiv fərdi informasiya və əyləncə xidməti) Azərbaycanda ilk dəfə “Azercell” tərəfindən istifadəyə verilmişdir. Bu xidmət, bütün “Azercell” abonentlərinə dünyada baş verən ən müxtəlif son yenilikləri operativ şəkildə qəbul etmək imkanı yaratmışdır.
Xatırladaq ki, “Azercell Telekom” artıq 3-cü dəfədir ki, “İntellekt” mükafatına layiq görülür. Operator bu mükafatı 2004-cü ildə “GəncSim” tarif paketinə, 2005-ci ildə isə “EDGE” texnologiyasının tətbiqinə görə almışdır.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763929/AZERCELL+TELEKOM+INTELLEKT-2006+MUKAFATINA+LAYIQ+GORULMUShDUR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.149 san. generasiya edilib.