İXRAC ÜZRƏ ALYANSLAR YARADILACAQDIR

- İqtisadiyyat - azertag.az ~ 10 год назад. Просмотрено 103 раз.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AzərTAc-a bildirmişlər ki, sahibkarların rəqabətə dözümlülüyünü və ixrac imkanlarını artırmaq, məhsullarını, xidmətlərini ixrac edən yerli şirkətlər arasında əməkdaşlığı gücləndirmək məqsədi ilə bir neçə alyansın - Azərbaycan meyvə şirəsi ixracatçıları, Azərbaycan fındıq ixracatçıları və Neft sahəsində xidmətlər göstərən Azərbaycan ixracatçıları alyanslarının yaradılması nəzərdə tutulmuşdur.
Bu qurumlar istehsalçılar arasında qarşılıqlı münasibətləri uyğunlaşdıracaq, yeni bazarlara uğurlu ixracı dəstəkləyəcək, bütün istehsalçıların ümumi marağına xidmət edəcəkdir.
Alyansların fəaliyyətində, ilk növbədə, mövcud problemlər müəyyənləşdiriləcək, standart marketinq vasitələrindən istifadə olunacaq, vahid marketinq siyasətinə üstünlük veriləcək, keyfiyyəti idarəetmə və nəzarət sistemi tətbiq ediləcəkdir.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763930/IXRAC+UZRE+ALYANSLAR+YARADILACAQDIR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 20 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.091 san. generasiya edilib.