ÖTƏN İLİN DEKABRINDA ELAN EDİLMİŞ SORĞULARIN QALİBLƏRİ MƏLUMDUR

- İqtisadiyyat - azertag.az ~ 10 год назад. Просмотрено 98 раз.
Dövlət Neft Şirkətindən (ARDNŞ) AzərTAc-a verilən məlumata görə, ötən ilin dekabrında neft məhsullarının satışına dair elan edilmiş sorğuların bütün qalibləri məlumdur.
75 min ton TS-1 markalı təyyarə yanacağının növbəti partiyasını 2007-ci ilin yanvar-iyun aylarında TOTSA (İsveçrə) şirkəti alacaqdır.
300 min ton L-62 markalı dizel yanacağının ixrac-marketinq sorğusunun qalibi ADDAX BV (İsveçrə) şirkətidir.
620 min barrel REBCO (Rusiya xam neftinin ixrac qarışığı) markalı xam neft partiyasının 2007-ci ili yanvarında Novorossiysk limanından ixracına dair marketinq sorğusunun qalibi Sun Oil S.A.(İsveçrə) şirkətidir.
1 milyon barrel Azeri Light markalı xam neft partiyasının yanvarda Ceyhan limanından ixracına dair marketinq sorğusunun qalibi Glencore Energy UK Ltd (İngiltərə) şirkətidir.
600 min barrel Azeri Light markalı xam neftin digər partiyasının yanvarda Batumi limanından ixracına dair marketinq sorğusunda ADDAX BV (İsveçrə) şirkəti qalib olmuşdur.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763933/OTEN+ILIN+DEKABRINDA+ELAN+EDILMISh+SORGULARIN+QALIBLERI+MELUMDUR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.101 san. generasiya edilib.