PALMALI ŞİRKƏTLƏR QRUPUNUN DONANMASI YENİ GƏMİNİ QƏBUL ETMİŞDİR

- İqtisadiyyat - azertag.az ~ 10 год назад. Просмотрено 110 раз.
AzərTAc xəbər verir ki, PALMALİ Şirkətlər Qrupunun sifarişi ilə Nijni-Novqorod şəhərinin “Krasnoe Sarmovo” gəmiqayırma zavodunda inşa edilən beş quru yük gəmisindən sayca ikincisinin suya salınma mərasimi keçirilmişdir. Gəmi xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyır.
Gəminin dedveyti 6 min 271 tondur. Uzunluğu 121,7 metr, eni 16,5 metr, göyərtəsinin hündürlüyü 6,2 metr, su altında qalan hissəsi 5,06 metrdir. Odessa şəhərinin Dəniz Mühəndisliyi Bürosu tərəfindən hazırlanan layihə əsasında inşa edilən və kapitan Viktor Çavrinin rəhbərliyi altında üzəcək gəmi 14 nəfər heyətdən ibarətdir.
Palmali şirkətinin Bakı ofisinin mətbuat xidmətindən verilən məlumata görə, “İsmayıl Şıxlı” quru yük gəmisinin təntənəli suya salınması mərasimində PALMALİ Şirkətlər Qrupunun vitse-prezidenti Maarif Mənsimov, Nijni-Novqorod əyalətinin və “Krasnoe Sarmovo” gəmiqayırma zavodunun rəhbərliyi, xalq yazıçısının oğlu, “Zerkalo–Ayna” qəzetinin baş redaktoru Elçin Şıxlı və onu həyat yoldaşı Sevinc xanım (gəminin xaç anası) iştirak etmişlər.
Gəminin suya salınma mərasimində çıxış edən Elçin Şıxlı atasının xatirəsinə göstərdikləri hörmətə görə PALMALİ Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova minnətdarlığını bildirdi.
Çıxışlardan və konsert proqramından sonra gəminin xaç anası Sevinc Şıxlı adətə uyğun olaraq şampan şərabı şüşəsini gəminin göyərtəsinə çırparaq onun suya salınması mərasimini yekunlaşdırmışdır.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763935/PALMALI+ShIRKETLER+QRUPUNUN+DONANMASI+YENI+GEMINI+QEBUL+ETMIShDIR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 20 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.086 san. generasiya edilib.