BAKIDA KABEL TELEVİZİYASI AÇILMIŞDIR

- İqtisadiyyat - azertag.az ~ 10 год назад. Просмотрено 79 раз.
“SKY” Məhdud Məsuliyyətli Cəmiyyətin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ötən il şirkət kabel televiziya şəbəkəsinin hazırlanması və Bakı ərazisinə tədqiqi ilə əlaqədar xeyli iş görmüş, bir neçə müasir tipli şəbəkə yaratmışdır.
Ən müasir “optika-evə” texnologiyası əsasında hazırlanmış genişzolaqlı lifli-optik şəbəkə, gələcəkdə, istehlakçıya sistemə qoşularaq müasir rəqəmli xidmətlərdən tam istifadə etmək imkanı verəcəkdir. Kabel yayımı sayəsində abonentlər 60 telekanala, o cümlədən dünyanın bütün efir və populyar peyk kanallarına çıxa biləcəklər.
“AİLƏ TV” şəbəkəsinə qoşulmaq və bir ay ərzində 60 kanala baxmaq pulsuz olacaqdır. Abonentlər dörd paket arasında seçim etməlidirlər. “EFİR” adlanan birinci paketə açıq, kodlaşdırılmadan yayımlanan 12 kanal daxildir. “STANDART”a aylıq abunə haqqı 5 manat olmaqla 36 kanal, “ELİT”ə 52 kanal (7 manat), “AİLƏ”yə isə 60 kanal (9 manat) daxildir.
Əsas yayım stansiyası dünyanın aparıcı istehsalçılarının ən müasir avadanlığı ilə təchiz edilmişdir. Yüksək keyfiyyətli videosiqnaldan savayı abonentlər ilk dəfə stereosəsli təsvir almaq imkanı da əldə edəcəklər.
“SKY” şirkəti Milli Televiziya və Radio Şurasının verdiyi lisenziya əsasında fəaliyyət göstərir.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763937/BAKIDA+KABEL+TELEVIZIYASI+ACILMIShDIR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 20 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.109 san. generasiya edilib.