TƏZƏ MƏKTƏB QIŞ TƏTİLİNDƏN SONRA MÜƏLLİM VƏ ŞAGİRDLƏRİN İSTİFADƏSİNDƏ OLACAQDIR

- Elm və təhsil - azertag.az ~ 10 год назад. Просмотрено 91 раз.
AzərTAc xəbər verir ki, müqəddəs Qurban bayramı və Yeni il ərəfəsində Bakının Əzizbəyov rayonunun Türkan qəsəbəsində Nizami Sərxanov adına 256 nömrəli məktəb istifadəyə verilmişdir.
Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində tikilən bu təhsil ocağında 15 sinif otağı, fənn kabinetləri, kompyuter sinfi, kitabxana, idman salonu vardır.
Məktəbin birinci mərtəbəsində “Azərbaycanın dövlət rəmzləri”, ulu öndərimizin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən guşələr də təşkil olunmuşdur. Məktəb Heydər Əliyev Fondu tərəfindən kompyuter dəstləri ilə təmin olunmuş və internetə qoşulmuşdur. Məktəbin futbol, basketbol, voleybol meydançaları da var.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Əzibəyov rayonundan Milli Məclisə deputat seçilmiş Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə tikilən bu məktəbin ətrafında yaşıl xiyaban da salınmış, ətrafda abadlıq işləri görülmüşdür.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763946/TEZE+MEKTEB+QISh+TETILINDEN+SONRA+MUELLIM+VE+ShAGIRDLERIN+ISTIFADESINDE+OLACAQDIR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.315 san. generasiya edilib.