İNTELLEKTUAL YARIŞ KEÇİRİLMİŞDİR

- İdman - azertag.az ~ 10 год назад. Просмотрено 88 раз.
AzərTAc xəbər verir ki, “Xəzər” İntellektual Klubu və “Gənclərin Elmi Araşdırma Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Nə? Harada? Nə vaxt?” oyunu üzrə “Çağırış Kuboku” intellektual yarışı keçirilmişdir. Turnir “Xəzər” İntellektual Klubu, Bakı Dövlət Universiteti, İqtisad Universiteti, Neft Akademiyası, Dillər Universiteti və İdarəçilik Akademiyasını təmsil edən 22 komandanın iştirakı ilə “Azərbaycan” mehmanxanasında keçirilmişdir. Tural Dadaşovun “Cihad” komandası gərgin mübarizə ilə yadda qalan “Çağırış Kuboku”nun qalibi olmuşdur. İkinci və üçüncü yerləri isə, müvafiq olaraq, “Dumanlı Təbriz” və “Turan” komandaları tutmuşlar. Qaliblər “Bakinternet” şirkətinin təqdim etdiyi internet kartları ilə mükafatlandırılmışlar.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763951/INTELLEKTUAL+YARISh+KECIRILMIShDIR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.083 san. generasiya edilib.