XƏSTƏXANA 5 MİNDƏN ÇOX İNSANA XİDMƏT EDƏCƏKDİR

- Səhiyyə - azertag.az ~ 10 год назад. Просмотрено 90 раз.
AzərTAc xəbər verir ki, Yeni il ərəfəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Şüvəlan qəsəbəsindəki 31 nömrəli Birləşmiş şəhər xəstəxanasında aparılan yenidənqurma işləri başa çatmışdır.
Ötən əsrin 50-ci illərində tikilmiş bu xəstəxana binası uzun illər təmir edilmədiyindən tamamilə yararsız vəziyyətə düşmüşdü. 25 çarpayılıq bu xəstəxanada poliklinika da var. Ginekologiya, rentgen şöbələri yaradılmış, yeni qazanxana, çamaşırxana, həkim otaqları, mətbəx tikilmiş, istilik sistemi tamamilə yenidən qurulmuşdur. Xəstəxana Şüvəlanın beş mindən çox əhalisinə və qəsəbədə müvəqqəti məskunlaşmış 1535 məcburi köçkünə xidmət göstərəcəkdir. Hazırda burada 63 nəfər tibbi heyət çalışır. Xəstəxanada Amerika istehsalı olan rentgen, ultrasəs müalicəsi aparatları və sair ən müasir avadanlıq quraşdırılmışdır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Əzibəyov rayonundan Milli Məclisə deputat seçilmiş Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə yeni görkəm alan bu səhiyyə obyektinin ətrafında abadlıq işləri də görülmüşdür.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763953/XESTEXANA+5+MINDEN+COX+INSANA+XIDMET+EDECEKDIR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.063 san. generasiya edilib.