VORONEJDƏ YAŞAYAN AZƏRBAYCANLILAR XEYRİYYƏÇİLİK TƏDBİRLƏRİ KEÇİRMİŞLƏR

- Diaspor - azertag.az ~ 10 год назад. Просмотрено 93 раз.
AzərTAc xəbər verir ki, Ümumrusiya Azərbaycan Konqresinin Voronej vilayətindəki regional şöbəsinin “Yedineniye-Birlik” Azərbaycan ictimai təşkilatı Yeni il ərəfəsində bir sıra xeyriyyəçilik aksiyaları keçirmişdir.
İlk aksiya 37 nömrəli məktəbdə reallaşdırılmışdır. Şəhərin müxtəlif məktəb, gimnaziya və internatlarında təhsil alan uşaqlar üçün musiqili gecə təşkil olunmuşdur. Konsert proqramında “Birlik” Azərbaycan uşaq ansamblının, uşaq və yeniyetmələr üçün internat məktəbin “Jelanuşka” ansamblının üzvləri çıxış etmiş, Şaxta baba və Qar qız uşaqlara hədiyyələr paylamışdır. Uşaqlar üçün Şərq şirniyyatından ibarət süfrə açılmışdır.
“Yedineniye-Birlik” təşkilatının üzvləri tədbir iştirakçılarını təbrik etmiş, onlara Fəxri fərmanlar, Rusiya və Azərbaycan xalqlarının dostluğunun möhkəmləndirilməsində xidmətlərinə görə “Urok drujbı” döş nişanları vermişlər.
Uşaqlar üçün Yeni il bayramı 13 nömrəli idman məktəbində də təşkil edilmişdir. İştirakçılar “Birlik” uşaq ansamblının çıxışını maraqla dinləmişlər. Tədbirdə, eyni zamanda, viktorina, müsabiqə, şahmat yarışı keçirilmişdir.
“Birlik” ansamblının gənc artistləri əlil uşaqların reabilitasiya mərkəzində də olmuşlar. Burada da şirniyyat süfrəsi açılmış, uşaqlara hədiyyələr paylanmışdır.
Bütün tədbirlərdə Azərbaycan və rus uşaqlarının ən yaxşı əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763955/VORONEJDE+YAShAYAN+AZERBAYCANLILAR+XEYRIYYECILIK+TEDBIRLERI+KECIRMIShLER

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 20 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.25 san. generasiya edilib.