2007-Cİ İL XARİCİ ÖLKƏLƏRDƏKİ AZƏRBAYCAN DİASPORLARININ YÜKSƏLİŞ İLİ OLACAQDIR

- Diaspor - azertag.az ~ 10 год назад. Просмотрено 83 раз.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov AzərTAc-a müsahibəsində ümummilli lider Heydər Əliyevin 1991-ci ildən xalqımıza bəxs etdiyi bayramın – Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün azərbaycanlıların bir araya gəlməsi, həmrəy olması üçün çox mühüm rol oynadığını bildirmişdir. N.İbrahimov demişdir ki, Prezident İlham Əliyev ümummilli liderin daxili və xarici siyasətini uğurla davam etdirərək bu ənənəni daha da inkişaf etdirmişdir. Artıq bu gün bütün azərbaycanlılar həmrəydirlər, bir yerdədirlər.
Prezident İlham Əliyevin dünya azərbaycanlılarına müraciətində artıq bu notlar hiss olunur. Biz artıq birləşmişik, bir yerdəyik və başqa bir müstəvidə - böyük informasiya mübarizəsində daha qətiyyətli addımlar atmalıyıq. Prezidentimizin dediyi kimi, müdafiə taktikasından hücum taktikasına keçmək lazımdır və Azərbaycanın səsini bütün dünyada eşitdirmək lazımdır.
Qeyd etmək istərdim ki, dünya azərbaycanlıları da bu çağırışa artıq qoşulmuşlar. Bayram ərəfəsində komitəyə gələn məktublar sübut edir ki, yeni il diasporlarımızın yüksəliş ili olacaqdır, soydaşlaımızın yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsi daha da yüksələcəkdir.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763956/2007-CI+IL+XARICI+OLKELERDEKI+AZERBAYCAN+DIASPORLARININ+YUKSELISh+ILI+OLACAQDIR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 20 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.101 san. generasiya edilib.