PARISDƏ 4500 POLİS VƏ JANDARM SƏFƏRBƏRLİYƏ ALINMIŞDIR

- Dünya - azertag.az ~ 10 год назад. Просмотрено 88 раз.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Yeni il bayramı gecəsi ictimai asayişi qorumaq məqsədi ilə Parisdə 4.500 polis və jandarm səfərbərliyə alınmışdır.
Təhlükəsizlik tədbirləri ilə əlaqədar əvvəlki illərdən fərqli olaraq bu il bayram atəşfəşanlığı keçirilməmişdir.
Səfərbərliyə alınmış polis və jandarm qüvvələri hər dəfə Yeni il gecəsi xuliqanlıq hərəkətlərinin baş verdiyi Yelisey xiyabanında və məşhur Eyfel qülləsi ətrafında asayişi qorumuşlar.
Daha 250 motosikletçi patrul dəstəsi isə paytaxtın 20 rayonunda yollarda və ərazidə təhlükəsizliyə nəzarət etmişdir.
Yeni ili Yelisey xiyabanında, Trokadero meydanında və Eyfel qülləsinin ətrafında spirtli içkilər qəbul etməklə şən əhval-ruhiyyə ilə qarşılamağa vərdiş etmiş paytaxt sakinlərinə və qonaqlara bu dəfə özləri ilə spirtli içkilər gətirmək nəsib olmamışdır. Polis və jandarm dekabrın 31-i yerli vaxtla axşam saat 22-dən yanvarın 1-i sübh tezdən saat 5-dək spirtli içkələrin qəbul edilməsinə ciddi nəzarət etmişlər.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763959/PARISDE+4500+POLIS+VE+JANDARM+SEFERBERLIYE+ALINMIShDIR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.074 san. generasiya edilib.