RUMINİYA VƏ BOLQARISTAN AVROPA İTTİFAQINADAXİL OLDULAR

- Dünya - azertag.az ~ 10 год назад. Просмотрено 119 раз.
AzərTAc Frans Press Agentliyinə istinadla xəbər verir ki, yanvarın 1-dən Bolqarıstan və Rumıniya Avropa İttifaqının tərkibinə rəsmən daxil oldular.
Beləliklə, hazırda 27 dövlət Avropa İttifaqının üzvüdür və onlarda ümumən 500 milyondan çox adam yaşayır. Yanvarın 1-dən Avropa İttifaqının sahəsi 3,94 milyon kvadrat kilometrdən 4,23 milyon kvadrat kilometrədək artmışdır.
Bolqarıstan və Rumıniyanın Aİ-yə daxil olması ilə əlaqədar Sofiya və Buxarestin mərkəzi meydanlarında bayram tədbirləri keçirilmişdir.
Avropa İttifaqının formalaşmasının beşinci mərhələsi bu iki ölkənin ona daxil olması ilə başa çatmışdır. Gözlənildiyinə görə, Aİ-nin növbəti genişlənmə mərhələsi 2010-cu ildən tez olmayaraq baş verəcəkdir.
2007-ci ilin birinci günü Aİ üçün daha bir mühüm hadisə ilə əlamətdar olmuşdur: daha bir ölkə - Sloveniya “avrozona”ya keçmişdir.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763960/RUMINIYA+VE+BOLQARISTAN+AVROPA+ITTIFAQINADAXIL+OLDULAR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
1.248 san. generasiya edilib.