AVROPA İTTİFAQININ TƏLƏBİ İLƏ BOLQARISTAN AES-İN İKİ REAKTORUNUN İŞİNİ DAYANDIRMIŞDIR

- Dünya - azertag.az ~ 10 год назад. Просмотрено 91 раз.
AzərTAc Frans Press Agentliyinə istinadla xəbər verir ki, bazar günü axşam Bolqarıstan Kozloduydakı atom elektrik stansiyasının iki reaktorunu dayandırmışdır.
Beləliklə, yanvarın 1-nə keçən gecə Avropa İttifaqının tam hüquqlu üzvü olan Bolqarıstan bu qurumun tələbini yerinə yetirmişdir.
Avropa İttifaqı hesab edir ki, “Kozloduy” AES-in hər birinin gücü 440 meqavat olan iki reaktoru köhnəlmişdir və təhlükəsizlik normalarına cavab vermir. “Novosti” agentliyinin xəbərinə görə, bu AES-in daha iki bloku, – onların hər birinin gücü 1000 meqavatdır, - etiraz doğurmamışdır və işini nəzərdə tutulan rejimdə davam etdirəcəkdir.
Bolqarıstan Balkan ölkələri arasında ən çox elektrik enerjisi istehsal və ixrac edən dövlətdir. “Kozloduy” AES-in istehsal gücünün və ölkənin enerji ixracının azalması nəticəsində itkiyə görə Bolqarıstan 2009-cu ilədək Avropa İttifaqından 220 milyon avro məbləğində kompensasiya alacaqdır.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763961/AVROPA+ITTIFAQININ+TELEBI+ILE+BOLQARISTAN+AES-IN+IKI+REAKTORUNUN+IShINI+DAYANDIRMIShDIR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.105 san. generasiya edilib.