BMT-NİN YENİ BAŞ KATİBİNİN İLK TƏYİNATLARI

- Dünya - azertag.az ~ 10 год назад. Просмотрено 89 раз.
AzərTAc İTAR-TASS-a istinadla xəbər verir ki, BMT-nin yeni baş katibi Pan Gi Mun vəzifəsinə başlamasına bir neçə saat qalmış ilk təyinatlarını elan etmişdir.
Hindistan diplomatı Vicay Nambiyar baş katibin kabinetinin rəhbəri təyin olunmuşdur. 63 yaşlı Nambiyar Kofi Annanın dövründə BMT baş katibinin siyasi məsələlər üzrə xüsusi müşaviri, ondan əvvəl isə Hindistanın BMT yanında daimi nümayəndəsi idi.
Haitili jurnalist, BMT Radiosunda işləyən xanım Mişel Montas baş katibin mətbuat məsələləri üzrə rəsmi nümayəndəsi təyin edilmişdir. Montas 2003-cü ildə BMT Baş Məclisi sədrinin mətbuat katibi vəzifəsində işləmişdir.
Pan Gi Mun yaxın günlərdə yeni təyinatlar barədə məlumat verəcəyini demişdir. O, ümidvar olduğunu bildirmişdir ki, ilk təyinatlar onun komandasının formalaşması üçün və BMT Katibliyinin yenidən qurulması və bununla da, dəyişikliklərlə yanaşı, varisliyin təmin olunması üçün etibarlı zəmin yaradılmasına xidmət edəcəkdir.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763962/BMT-NIN+YENI+BASh+KATIBININ+ILK+TEYINATLARI

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.087 san. generasiya edilib.