TÜRKMƏNBAŞININ VARİSLƏRİ ONA DAHA BİR ABİDƏ QOYACAQLAR

- Dünya - azertag.az ~ 10 год назад. Просмотрено 97 раз.
AzərTAc “Fərqanə.Ru” agentliyinə istinadla xəbər verir ki, Türkmənistanın mərhum Prezidenti Saparmurad Niyazova Aşqabadda daha bir abidə qoyulacaqdır. Dekabrın 30-da Türkmənistan Dövlət Təhlükəsizliyi Şurasının iclasında abidənin maketinə baxış olmuşdur.
Türkmənbaşının yeni abidəsi Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Sərhəd Xidməti Akademiyasının binası qarşısında ucaldılacaqdır. Binanın tikintisini 2007-ci il fevralın 19-dək – Niyazovun doğum gününədək başa çatdırmaq planlaşdırılır.
Xatırladaq ki, Türkmənistanın bütün şəhərlərində Niyazova abidələr ucaldılmışdır. Əsas abidə Aşqabadda qızıldan (digər versiyaya görə, o, yalnız qızıl suyuna çəkilib) hazırlanmış və onu Günəşin hərəkəti istiqamətində fırladan xüsusi mexanizm üstündə qoyulmuşdur. Bundan başqa, yanvar ayına, Krasnovodsk şəhərinə və ölkənin ən uca zirvəsinə Türkmənbaşının adı verilmişdir.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763964/TURKMENBAShININ+VARISLERI+ONA+DAHA+BIR+ABIDE+QOYACAQLAR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.063 san. generasiya edilib.